Sertifikatlaşdırmada ciddi problemlər müşahidə edilmir – MÜTDA

19 İyun, 2025 - 12:14
Sertifikatlaşdırmada ciddi problemlər müşahidə edilmir – MÜTDA
Sertifikatlaşdırmada ciddi problemlər müşahidə edilmir – MÜTDA

“Ümumiyyətlə, ciddi texniki və ya təşkilati problemlər qeydə alınmayıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikasiya prosesinin imtahan mərhələsinin təşkili ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu il ötən ildən fərqli olaraq pilot rejimdə tətbiq olunan SİMA rəqəmsal üz tanıma sistemi ölkə üzrə bütün imtahanlarda istifadə olunur. Bu sistem namizədlərin imtahana qeydiyyat prosesini sadələşdirmək və imtahan prosesinə daxilolmanı daha rahat şəkildə təmin etmək məqsədi daşıyır:

“Hazırkı mərhələyə qədər nə imtahanların təşkili, nə də prosesin idarə olunması baxımından ciddi bir çətinlik müşahidə edilməyib”.