Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin DİQQƏTİNƏ!

11 İyun, 2025 - 10:38
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin DİQQƏTİNƏ!
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin DİQQƏTİNƏ!

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi sertifikatlaşdırmada iştirak edəcək müəllimlərə müraciət ünvanlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, müraciətdə deyilir:

"Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanına gələrkən yalnız şəxsiyyəti təsdiq edən sənədi özünüz ilə gətirməlisiniz. İmtahan binasına çanta və ya digər şəxsi əşyaları gətirməməyiniz tövsiyə olunur".