Sertifikatlaşdırmaya ictimai baxış – Naxçıvanda infotur keçirildi

4 May, 2026 - 16:34
Sertifikatlaşdırmaya ictimai baxış – Naxçıvanda infotur keçirildi

Məlum olduğu kimi, mayın 2-dən Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb. Ötən gün prosesin təşkil olunduğu Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yerləşən İmtahan Mərkəzinə infotur təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, infoturda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin nümayəndələri, dövlət və ictimaiyyət, qeyri-hökümət, eyni zamanda mətbuat nümayəndələri imtahan prosesi ilə yaxından tanış olublar.  

İnfoturda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirakçılara məlumat verərək bildirib ki, sertifikatlaşdırma prosesinin və elektron qaydada keçirilən imtahanların Naxçıvanda təşkili üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 3 yeni İmtahan Mərkəzi yaradılıb: “Yeni imtahan mərkəzləri Naxçıvan şəhər 10 və 11 nömrəli tam orta məktəblərdə, həmçinin Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərir.  2024-cü ildə yaradılan 302 yerlik Naxçıvan şəhər 4 nömrəli tam orta məktəb də daxil olmaqla, 4 mərkəzdə ümumilikdə  eyni anda 720 təhsilverənin imtahan verməsi mümkün olacaq.

O bildirib ki, bütün mərkəzlər zəruri maddi-texniki baza ilə təmin olunub: “Belə ki, yeni mərkəzlərdə imtahanların keyfiyyətli təşkili üçün 420 yeni kompüter verilib. Eyni zamanda daimi elektrik təchizatının təmin olunması məqsədilə 3 mərkəzin hər birində generator quraşdırılıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün mərkəzlərdə müasir tələblərə cavab verən elektron daşıyıcılar, səs və görüntüləri qeyd edən veb-kameralar quraşdırılıb. Prosesdə ümumilikdə  2772  təhsilverənin iştirakı nəzərdə tutulub”.

Nazir imtahanlarda iştirak edən bütün müəllimlərin uğur qazanacağına inandıqlarını bildirib. 

Məlumat üçün bildirək ki, mərkəzdə bu günə kimi müəllimlərin sertifikatlaşdırma prosesi ilə yanaşı, müəllimlərin və məktəb direktorlarının, məktəbəqədər təhsil müəssisələrinin metodist və tərbiyəçi müəllimlərinin işə qəbulu təşkil olunub. Həmçinin mərkəzin imkanlarından Dövlət İmtahan Mərkəzi də istifadə edir. 

Naxçıvan MR Ali  Məclisinin deputatı  Azad Novruzov infoturla bağlı təəssüratlarını bölüşüb: “Naxçıvanda müəllimlərin ikinci dövriyyə sertifikasiya imtahanında iştirak etdik. Proses doğurdan da yüksək səviyyədə təşkil olunub. Texniki təminat, müəllimlərin rahat şəkildə yerləşdirilməsi çox yüksək səviyyədədir. Təbii ki, hamıya eyni səviyyədə diqqət göstərilir, hamının hüquqları eyni səviyyədə qorunur. Bu da bizdə imtahanın yüksək səviyyədə yekunlaşması üçün fikir formalaşdırır”.

Deputat müəllimlərə uğurlar arzu edərək, onların yüksək nəticə göstərəcəklərinə inamını bildirib: “Bu, imtahan deyil, müəllimlərin özü özlərini qiymətləndirməsidir. Zəif və güclü cəhətlərini müəyən etməsidir. Təbii ki, bunun yekununda həm müəllim təkmilləşir, həm də bizim təhsilimizin keyfiyyəti artır. Mən əməyi olan bütün qurumlara ictimayyət nümayəndələri adından təşəkkür edirəm”. 

Naxçıvan MR Ali  Məclisinin digər deputatı Zeynəb Quliyeva da şahid olduğu prosesdən danışıb: “Biz bir vaxtlar belə imtahanları görəndə müəllimlərdə böyük stress və həyəcan görürdük. Bu gün isə onlarda böyük əzmkarlıq və inam var. Bunu da onu göstərir ki, ölkəmizdə təhsil gündən-günə inkişaf edir, dövlət səviyyəsində təhsilə qayğı göstərilir. Bu həm də şagirdlərin yüksək bal toplamasında, müəllimlərin sertifikasiya imtahanında uğurlu nəticələrlə özünü göstərir. Biz də burada şəffaflığın, optimal şərait yaradıldlğının şahidi olduq. İnanırıq ki, müəllimlərimiz yüksək bal toplayacaqlar.  Bir daha onların hamısına uğurlar arzı edirik”.

Qeyd edək ki, infoturun təşkilində məqsəd prosesdə iştirak edəcək təhsilverənlərə yaradılan şərait və prosesin şəffaf təşkili üçün həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyəti və medianı məlumatlandırmaqdır.

Sertifikatlaşdırmaya ictimai baxış – Naxçıvanda infotur keçirildi
Sertifikatlaşdırmaya ictimai baxış – Naxçıvanda infotur keçirildi
Sertifikatlaşdırmaya ictimai baxış – Naxçıvanda infotur keçirildi
Sertifikatlaşdırmaya ictimai baxış – Naxçıvanda infotur keçirildi
Sertifikatlaşdırmaya ictimai baxış – Naxçıvanda infotur keçirildi
Sertifikatlaşdırmaya ictimai baxış – Naxçıvanda infotur keçirildi
Sertifikatlaşdırmaya ictimai baxış – Naxçıvanda infotur keçirildi