Şirvan-Salyan regionunda "Məktəblər üçün PISA" tədqiqatı yekunlaşıb
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən seçilmiş ümumi təhsil müəssisələrində yanvarın 7-də başlayan "Məktəblər üçün PISA" tədqiqatı bu gün başa çatıb.
Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, layihənin əsas məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, bu bacarıqları real həyatda tətbiqetmə qabiliyyətlərini müəyyənləşdirmək olub.
PISA ölkələrin təhsil sistemlərini müqayisə etməyə və təhsil siyasəti ilə bağlı qərarların formalaşdırılmasına dəstək verir. “Məktəblər üçün PISA” isə hər bir təhsil müəssisəsinin nəticələrini ayrıca dəyərləndirərək məktəblərə tədrisin keyfiyyətinin artırılması üçün analitik əsaslar təqdim edir.
Tədqiqatda Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 13 ümumi təhsil müəssisəsi iştirak edib.



