Slovakiya Prezidenti: Təhsil sahəsində əməkdaşlıq daha da asanlaşacaq
“Səmimi minnətdarlığımı bildirmək istərdim ki, bu kənddə yaşayacaq uşaqlar üçün məktəb və ətraf sahə görkəmli tarixi şəxsiyyət, slovak generalı Milan Rastislav Ştefanikin adını daşıyacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada mətbuata bəyanatla çıxışında bildirib.
Prezident əlavə edib ki, beləliklə, Slovakiyanın irsi uzun müddət burada, Qarabağda olacaq və həmin məktəbə gedəcək bütün uşaqların, valideynlərin və müəllimlərin, həmçinin Slovakiyaya bağlılığı olacaq:
“Biz şadıq ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər iqtisadiyyatın və diplomatiyanın hüdudlarını keçir. Hər iki ölkənin vətəndaşları get-gedə daha çox səfərlər edirlər. Oktyabrdan etibarən birbaşa uçuşlar başlayacaq. Cənab Prezident, çox məmnunam ki, Sizin Bratislavaya səfərinizdən sonra biz bu fürsəti elan etdik. Lakin indi - 2026-cı ildə bu, artıq reallıqdır. Bununla da iki ölkə bir-birinə daha yaxın olacaq, təhsil, insanlar arasında təmaslar və əlbəttə ki, biznes sahəsində əməkdaşlıq daha da asanlaşacaq.




