"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı

21 Aprel, 2026 - 19:24
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyun ayının 13-də keçiriləcək. 

"Azərbaycan müəllimi" xəbər verir ki, “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.