"Soyuq otaqlarda dərs keçirik" - Bərdədə təhsil alan tələbələr şikayət edirlər

8 Dekabr, 2025 - 16:28
"Soyuq otaqlarda dərs keçirik" - Bərdədə təhsil alan tələbələr şikayət edirlər

Bərdə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr soyuq otaqlarda dərs keçmələrindən şikayət edirlər. 

Mərkəzin tələbələri "Azərbaycan müəllimi"nə bildiriblər ki, noyabr ayının 15-dən təhsil müəssisələrində qış rejiminə uyğun olaraq istilik sistemləri işə salınmalı olsa da, onların təhsil aldığı müəssisədə sinif otaqları hələ də soyuqdur. Bu isə onların tədris keyfiyyətinə təsir göstərir.

Məsələ ilə bağlı Bərdə Dövlət Peşə Təhsil Mərkəzindən "Azərbaycan müəllimi" nə bildirilib ki, həqiqətən də otaqların istiliklə təchizatında müəyyən problemlər var. Hazırda problemin həlli üçün addımlar atılır.