STEAM mərkəzlərində vakansiyalar elan olunub
Şəmkir, Masazır, Ağdaş, Bərdə, Qax STEAM mərkəzlərində vakansiyalar elan olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, müraciət etmək istəyən şəxslər CV-lərini 20 dekabr 2025-ci il tarixinə qədər cv@steam.edu.az ünvanına göndərə bilər.
Qeyd edək ki, CV göndərərkən mütləq mövzu bölməsində hansı STEAM Mərkəzi üçün müraciət olunduğunu qeyd etmək lazımdır. (Nümunə: Ağdaş STEAM Mərkəzi).
Tələblər:
- Kompüter elmləri, texniki fənlər, mühəndislik və ya əlaqəli sahədə ali təhsil;
- STEAM sahəsinə dair iş təcrübəsi;
- Analitik və problem həlletmə bacarıqları;
- Əməkdaşlıq və kommunikasiya bacarıqları;
- Çevik iş mühiti və dəyişkən layihələrə uyğunlaşma bacarığı;
- Uşaqlarla işləməyi sevən, öyrətməyə və öyrənməyə açıq.
Əməkhaqqı müsahibə zamanı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun təyin olunacaq.
-
Xalidə SadıqovaSalam,mən bu sahəni işləmək ücün necə və hara muraciət edə bilərəm,Hal hazirda bagca mudiresi işləyirəm10 gün əvvəlCavablaLike (0) -
Mədinə MəmmədovaƏvvəlcədən təşəkkürlər20 gün əvvəlCavablaLike (0) -
Arzu MüzəffərliMən bağça müəliməsiyəm orta ixtisas təhsilim var. Bununla bərabər hal hazırda mühasibat uçotu üzrə təhsil alıram qiyabi. Öyrənməyə çox x açıq biriyem. Öz üzərimdə işləməyi sevirəm. Uşaqlarlada rahat ünsiyyət qurmağı bacarıram. Yevlax STEAM mərkəzi20 gün əvvəlCavablaLike (0)


