Şuşa və Xocalıda Qarabağ Universiteti üçün yeni tədris korpusları tikiləcək

10 Dekabr, 2024 - 13:15

Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 2025-ci ildə Şuşa şəhərində başlamaqla, 2026-cı ilin sentyabrına planlaşdırılmaqla Musiqi və incəsənət, Turizm fakültələri üçün bina inşa olunacaq:

“Bununla yanaşı, 2025-2026-cı ildə başlamaqla, 2027-ci ilin sentyabrında Kənd təsərrüfatı fakültəsi üçün Xocalı şəhərində binanın istifadəyə verilməsi planlaşdırılır. Qarabağ Universitetinin Bakı şəhərində hər hansı korpusunun olması nəzərdə tutulmur”.