Tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-ya çatdırılıb – Agentlik direktoru
“Cari ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 6 yeni peşə ixtisası ("Avtomobil mühərrikləri yığıcısı", "Kargüzar", "Mühafizəçi", "Poliqrafiya üzrə dizayner", "Kompüter operatoru", "İnşaat ustası") üzrə qiymətləndirmə və tanınma həyata keçirilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün təşkil edilmiş brifinqində deyib.
O qeyd edib ki, qeyri-formal və informal təhsil üzrə TKTA tərəfindən qiymətləndirmə və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 20-dən 26-ya çatdırılıb:
"Cari il ərzində ümumilikdə 240 nəfər ərizəçi biliklərin qiymətləndirilməsi mərhələsinə cəlb edilib. Onlardan 192 nəfərin nəticələri məqbul hesab edilərək ikinci mərhələyə keçib, 48 nəfər isə qeyri-məqbul nəticə göstərib. İkinci mərhələdə bacarıq, təcrübə və səriştələrin qiymətləndirilməsi davam edir".



