Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü mayın 13-ü paytaxtdakı Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin budəfəki qonağı tanınmış bəstəkar, Xalq artisti Eldar Mansurov olacaq.
Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, musiqi zövqünün formalaşdırılması, incəsənət bacarıqlarının inkişafı, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.
Görüşü Təhsil TV də işıqlandıracaq.



