Tarix müəllimlərinin sertifikasiyasında suallar hansı məzmunu əhatə edəcək? - AÇIQLAMA

11 Fevral, 2026 - 16:15
Tarix müəllimlərinin sertifikasiyasında suallar hansı məzmunu əhatə edəcək?

“Testlərin əhatə etdiyi məzmunla bağlı müəllimlər tez-tez sual verirlər. İlk olaraq qeyd etməliyik ki, suallar yalnız hazırda istifadə edilən dərsliklərə və çərçivə sənədinə əsaslanır. Çünki dərsliklərin bəziləri yenilənib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu ARTİ tərəfindən tarix fənni üzrə sertifikasiyaya hazırlıq məqsədilə təşkil edilən vebinarda Azərbaycan tarixi və ümumi tarix dərsliklərinin həmmüəllifi Hafiz Cabbarov deyib.

O qeyd edib ki, dərsliklərdə verilən mənbə, “Maraqlıdır” rubrikaları, illüstrasiya, fotoşəkillər əsasında suallar tartib edilmir:

“Xəritələr və illüstrasiyalarda verilən əlavə məlumatlarla dərsliklərin əsas mətni arasında ziddiyyət yarandıqda dərsliklərin mətnindəki məlumatlar əsas alınır. Xəritə ilə bağlı suallarda təqdim edilən xəritələr sualın şərtində tələb edilən dövrü əks etdirir”.