Tarix üzrə RFO-nun sualları bu mövzulardan olacaq
Respublika fənn olimpiadalarının (RFO) yarımfinal mərhələsində informatika fənni üzrə imtahan 7–8 mart tarixlərində, digər fənlər üzrə isə 28 fevralda keçiriləcək.
Tarix fənni üzrə olimpiada proqramı orta məktəb proqramını tam şəkildə əhatə edir. Bununla yanaşı, proqramda yer almayan bəzi mövzu və yarımmövzular da olimpiadanın məqsədinə uyğun şəkildə tərkib hissəsi kimi qəbul oluna bilər. Yarımfinal və final turları yaş qrupları üzrə təşkil olunduğuna görə, həmin yaş qrupuna uyğun olaraq yuxarı siniflərin məzmun standartları və mövzuları əsas götürülür. Tapşırıqlar hazırlanarkən şagirdlərin müvafiq tədris ilində istifadə etdiyi dərsliklər nəzərə alınır.
"Azərbaycan müəllimi" tarix fənni üzrə olimpiada proqramını təqdim edir:



