TAU-nun 7 tələbəsi Türkiyədə istehsalat təcrübəsi keçir

17 Avqust, 2026 - 12:50
TAU-nun 7 tələbəsi Türkiyədə istehsalat təcrübəsi keçir

Türkiyə-Azərbaycan Universitetinin (TAU) 7 tələbəsi Türkiyədə istehsalat təcrübəsinə göndərilib.

TAU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitetin tədris proqramına əsasən, istehsalat təcrübəsi II kursun yay semestrində həyata keçirilir.
          
Akademik göstəriciləri və ümumi orta müvəffəqiyyət balı yüksək olan “Kompüter mühəndisliyi” ixtisasının III kurs tələbələri Aytac Hüseynli, Humay Harunova, Fərhad Səfərli, Həsənbəy Həmidov, İbrahim Bayramov, Coşqun Qasımlı və II kurs tələbəsi Tuncay Qafarlı (əlavə olaraq, TÜBİTAK-ın layihəsində də çalışır) hazırda Orta Doğu Texniki Universitetində (ODTÜ) yay təcrübə proqramında iştirak edirlər. 
         
Təcrübə proqramı çərçivəsində tələbələrin yol, yaşayış və digər xərcləri dövlət tərəfindən tam şəkildə maliyyələşdirilir.

TAU-nun 7 tələbəsi Türkiyədə istehsalat təcrübəsi keçir