TAU-nun ODTU-da təcrübə keçən tələbələri ilə görüş keçirilib

21 Avqust, 2026 - 15:22
TAU-nun ODTU-da təcrübə keçən tələbələri ilə görüş keçirilib

Avqustun 19-unda Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Müjdat Həsənov Türkiyə-Azərbaycan Universitetinin (TAU) Orta Doğu Texniki Universitetində (ODTU) təcrübə keçən tələbələri ilə görüşüb.

Bu barədə "Azərbaycan müəllimi"nə TAU-dan məlumat verilib.

Tanışlıq görüşü zamanı təhsil və təcrübə prosesi, eləcə də ümumi təəssüratları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ODTU-nun Kompüter Mühəndisliyi kafedrasının müdiri, İnformasiya Texnologiyaları şöbəsinin müdiri və müəllimləri də iştirak ediblər

TAU-nun ODTU-da təcrübə keçən tələbələri ilə görüş keçirilib