TAU və AzTU-nun rektorları Türkiyədə yeni tədris ilinin açılış tədbirində iştirak ediblər
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankarada Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində 2026/2027-ci tədris ilinin açılış tədbiri keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov, Türkiyə-Azərbaycan Universitetinin rektoru dos. Nəcibə Nəsibova və Azərbaycan Texniki Universitetinin rektoru prof. Vilayət Vəliyev iştirak ediblər.




