Tehranağa Abdullayev: Sertifikatlaşdırma müəllimin inkişafı, təhsilin keyfiyyəti deməkdir

25 İyun, 2025 - 13:15
Tehranağa Abdullayev: Sertifikatlaşdırma müəllimin inkişafı, təhsilin keyfiyyəti deməkdir
Tehranağa Abdullayev: Sertifikatlaşdırma müəllimin inkişafı, təhsilin keyfiyyəti deməkdir

Sertifikatlaşdırma müəllimin inkişafı, təhsilin keyfiyyəti deməkdir.

Bu fikirləri "Azərbaycan müəllimi"nə açıqlamasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev sertifikatlaşdırma prosesi ilə bağlı təşkil olunan infoturda deyib.

Sədr müavini qeyd edib ki, bu cür obyektiv və şəffaf qiymətləndirmə mexanizmi müəllimlərin bilik və bacarıqlarının daim yenilənməsinə xidmət edir:

"Prosesi yaxından izləmək üçün ictimaiyyət nümayəndələrinin dəvət olunması təqdirəlayiqdir. Bu, təhsil sistemində etimad mühitinin formalaşması üçün mühüm addımdır. Yüksək nəticə göstərən müəllimlərimizi təbrik edirəm".