Təhsil işçiləri “CityCard”la da güzəştlər əldə edəcəklər  

10 İyun, 2026 - 10:56
Təhsil işçiləri “CityCard”la da güzəştlər əldə edəcəklər  

“TəhsilPlus” kart istifadəçiləri üçün ictimai nəqliyyatda xüsusi güzəştin tətbiqi məqsədilə mexanizm hazırlanır.

Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bununla bağlı “CityCard”la ilkin razılıq əldə edilib: “Hazırda “TəhsilPlus” kartı vasitəsilə ictimai nəqliyyatda “Bakıkart” üzərindən QR bilet alışlarında 10 faiz güzəşt tətbiq olunur. “CityCard” ilə əldə olunmuş ilkin razılığa əsasən, “TəhsilPlus” kart istifadəçiləri üçün ictimai nəqliyyatda xüsusi güzəştlər tətbiq ediləcək. Bu mexanizmin növbəti aylarda tətbiqi mümkün olacaq, hazırda sazlanma işləri aparılır”.