Təhsil krediti alanlar daha çox dövlət məktəblərinin tələbələridir – TTKF

2 Aprel, 2026 - 17:06
Təhsil krediti alanlar daha çox dövlət məktəblərinin tələbələridir

Təhsil tələbə krediti müqavilələri ən çox dövlət ali təhsil müəssisələrində oxuyanlarla imzalanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, indiyədək dövlət ali təhsil müəssisələrində 62 150, özəl təhsil müəssisələrində isə 16 923 kredit müqaviləsi bağlanılıb.

Təhsil Tələbə Krediti Fondundan (TTKF) verilən məlumata görə, qurum yaranandan (2021-ci ilin noyabr ayından) imzalanan təhsi tələbə kredit (TTK) müqavilələrinin çoxu, yəni  54689-u bakalavriat səviyyəsində təhsil alanlarla bağlanılıb. Magistratura səviyyəsində 18703, orta ixtisas təhsili üzrə 5 061, peşə təhsili üzrə isə 620 kredit müqaviləsi imzalanıb.