Təhsil kreditini bakalavrlar daha çox alırlar

20 Dekabr, 2024 - 11:14
Təhsil kreditini bakalavrlar daha çox alırlar
Təhsil kreditini bakalavrlar daha çox alırlar

“Təhsil Tələbə Krediti Fondu (TTKF) fəaliyyətə başladığı gündən 43 min 426 nəfər təhsil tələbə kreditindən faydalanıb”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün media üçün təşkil edilmiş brifinqdə deyib.

O bildirib ki, təhsil krediti alanların 31 805-i bakalavriat, 11 165-i magistratura, 2297-si orta ixtisas, 159-u texniki peşə tələbələridir.