Təhsil tələbə kreditindən faydalanan tələbələrin sayı açıqlanıb
Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti dövründə e-ttkf.edu.az elektron portalına 86 mindən çox müraciət daxil olub. Onlardan 70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.
O bildirib ki, kreditlərin 45 min 956-sı (65 faizi) standart, 24 min 437-si (35 faizi) isə sosial təhsil tələbə kreditlərinin payına düşür.
Sədr qeyd edib ki, kredit alan tələbələrin təhsil aldıqları müəssisələr sırasında ölkənin bütün ali, orta ixtisas və peşə təhsil müəssisələri yer alıb.


