"TəhsilPlus" təqaüddə olan müəllimlərə də veriləcək?
"Hazırda "TəhsilPlus" kartı aktiv şəkildə təhsil sistemində çalışan təhsil işçiləri üçün nəzərdə tutulub".
Bunu "Azərbaycan müəllimi"nə Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova deyib.
Onun sözlərinə görə, kartların sifarişi təhsil işçisinin çalışdığı təhsil müəssisəsi tərəfindən həyata keçirildiyi üçün işləməyən və ya təqaüddə olan şəxslər üçün bu mexanizmin tətbiqi hazırda texniki baxımdan mümkün deyil:
"Bununla belə, gələcək mərhələlərdə layihənin əhatə dairəsinin genişləndirilməsi imkanları qiymətləndirilə bilər. Bu istiqamətdə əlavə qərarlar mövcud ehtiyaclar və imkanlar nəzərə alınaraq qəbul olunacaq".



