Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsinin keçiriləcəyi tarixi açıqlanıb

25 Avqust, 2025 - 10:27
Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsinin keçiriləcəyi tarixi açıqlanıb
Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsinin keçiriləcəyi tarixi açıqlanıb

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, 27 avqust tarixindən etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.

Nəzərinizə çatdırırıq ki, test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10%, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35% əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.