Tələbə və məzunlar üçün rəqəmsal layihələrdə təcrübə imkanı

28 May, 2026 - 20:27
Tələbə və məzunlar üçün rəqəmsal layihələrdə təcrübə imkanı

4SİM rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən layihələrdə iştirak etmək istəyənlər üçün 3 aylıq yay təcrübə proqramı elan edir.

 "Azərbaycan müəllimi" xəbər verir ki, aşağıda qeyd olunan istiqamətlərdə bilik və bacarıqlara malik tələbələr və yeni məzun olmuş gənclər proqramda iştirak üçün müraciət edə bilərlər.

 • Mobil tətbiq tərtibatı – SwiftUI, Kotlin, C#, .NET, PostgreSQL; • IT layihə koordinatorluğu;

• Frontend tərtibatı – HTML, CSS, JavaScript, TypeScript, React, Git; • Data analitikası – Power BI, Python, Web Scraping, ETL;

• SMM – Photoshop, Canva; • Layihələrin hesabatlılığı;

• Kontent yaradıcılığı və rəqəmsal marketinq;

• Ümumi bacarıqlar: problem həll etmə, tədqiqat, analitik düşüncə, çeviklik və Microsoft Office bacarıqları;

• Tədqiqat və analitika: tədqiqat metodologiyası, analitik təhlil və düşüncə, məlumat mənbələrinin qiymətləndirilməsi, tədqiqat sənədlərinin hazırlanması, İngilis dili (B2+).

Qeyd: Təcrübə proqramını uğurla bitirən namizədlərə sertifikat veriləcək. Proqram hibrid formada həyata keçiriləcəkdir. Seçilmiş namizədlərə 4SİM tərəfindən bildiriş göndəriləcəkdir.

Müraciət üçün: https://forms.gle/76HjV7FroGDbCpFC9

Son müraciət tarixi: 8 iyun 2026-cı il.