Tələbələrin yerdəyişməsi BAŞLADI
2026–2027-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılır.
"Azərbaycan müəllimi" xəbər verir ki, elektron müraciətlərin qəbulu 2026-cı il iyulun 13-ü saat 10:00-da başlayacaq və iyulun 19-u saat 18:00-da başa çatacaq.
Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.
Tələbələrin yerdəyişməsi ilə bağlı zəruri məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
Tələbələrin yerdəyişməsi qaydaları: https://e-qanun.az/framework/56513
Tələb olunan sənədlər: https://eatda.edu.az/melumatlar/telebelerin-yerdeyismesi-teleb-olunan-senedler
Tələb olunan sənədlər: https://eatda.edu.az/melumatlar/telebelerin-yerdeyismesi-teleb-olunan-senedler
Ən çox verilən suallar və cavabları: https://eatda.edu.az/melumatlar/telebelerin-yerdeyismesi-ile-bagli-en-cox-verilen-suallar-ve-onlarin-cavablar




