Təmayül tədris modelinin tətbiq olunduğu məktəblərin sayı 90-a çatdırılır

14 Sentyabr, 2026 - 15:17
Təmayül tədris modelinin tətbiq olunduğu məktəblərin sayı 90-a çatdırılır

X-XI siniflərdə təmayül tədris modelinin tətbiq dairəsi 14 pilot məktəbdən 90 müəssisəyə qədər genişləndirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib. 

Nazir bildirib ki, pilot layihənin tətbiq olunduğu şəhər və rayonların sayı da 13-dən 46-ya çatdırılıb.