Tərtər məktəbi ilə bağlı valideynlərin narazılığı araşdırılıb -RƏSMİ AÇIQLAMA

17 Sentyabr, 2026 - 16:05
Tərtər məktəbi ilə bağlı valideynlərin narazılığı araşdırılıb

Tərtər şəhəri Rafiq Nuriyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində tədrisin iki növbəli təşkili ilə bağlı valideynlər tərəfindən səsləndirilən narazılıqla əlaqədar məsələ araşdılıb.

Bu barədə "Azərbaycan müəllimi"nə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı valideynlərlə müvafiq söhbətlər aparılıb, onların təklif və müraciətləri dinlənib:

"Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsində dərslər 1 növbədə keçiləcək. Hazırda tədrisin təşkili qanunvericiliyin və müvafiq normativ tələblərin müəyyən etdiyi qaydalara uyğun olaraq təmin edilir".