Texnologiya uşaqların istismarına yox, inkişafına xidmət etməlidir - Oğuzhan Hasipoğlu
Şimali Kipr valideynlərin də rəqəmsal bacarıqlarının artırılmasına çalışır. Bu, uşaqların rəqəmsal mühitdə müdafiəsi üçün ən vacib addımlardan biri hesab olunur".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
Nazir bildirib ki, konfransın sonunda imzalanacaq rəqəmsal mühitdə uşaqların qorunması ilə bağlı birgə bəyanat bu sahədə əməkdaşlığa xidmət edəcək:
“Texnologiya uşaqların inkişafına xidmət etməlidir, onların istismarına deyil. Qeyri-hökumət təşkilatları, uşaq influenserləri, dövlət qurumları və beynəlxalq qurumlarla əməkdaşlıq sayəsində atılan addımlar rəqəmsal mühitdə uşaqların müdafiəsində mühüm rol oynaya bilər”.


