TİF ilə AGMA arasında görüş keçirilib

13 Fevral, 2026 - 11:42
TİF ilə AGMA arasında görüş keçirilib

Təhsilin İnkişafı Fondu ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası arasında əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı tərəflər təhsil sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi, gənc müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, innovativ tədris yanaşmalarının təşviqi və müəllimlərin resurslara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli Fondun həyata keçirdiyi layihələr, təqaüd və inkişaf proqramları, eləcə də təhsil ekosistemində davamlılığın təmin olunmasına yönəlmiş təşəbbüslər barədə məlumat verib. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova isə regionlarda fəaliyyət göstərən gənc müəllimlərlə iş təcrübəsi, onların peşəkar ehtiyacları və mövcud çağırışlar barədə fikirlərini bölüşüb.

Görüş çərçivəsində birgə layihələrin icrası imkanları müzakirə olunub. Tərəflər əməkdaşlığın davam etdirilməsi və fəaliyyət planının hazırlanması barədə razılığa gəliblər. 

TİF ilə AGMA arasında görüş keçirilib
TİF ilə AGMA arasında görüş keçirilib