TKTA ikili diplomlarla bağlı açıqlama verdi
“Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramlarının akkreditasiyası keçirilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün təşkil edilmiş brifinqində deyib.
O qeyd edib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsində (ADPU-CVU, ADAU-Ege, BMU- INHA, ADA-CVU) 11 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi yekunlaşdırılıb. Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında bu proqramların 2024-2025-ci tədris ilindən başlayaraq, növbəti 5 il müddətinə proqram akkreditasiyasından keçməsinə dair qərar qəbul olunub.



