Tovuz məktəbində tüstülənmə baş verib

10 Dekabr, 2025 - 16:04
Tovuz məktəbində tüstülənmə baş verib

Tovuz rayonu Məşədilər kənd tam orta ümumtəhsil məktəbində sobada tüstülənmə baş verib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tüstülənmə nəticəsində 1 müəllim və 1 şagird özünü pis hiss edib və təcili tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.