Turan Topalova: Dövlət Proqramı çərçivəsində Çin universitetlərinə maraq artıb
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Çin Xalq Respublikasında yerləşən universitetləri seçən gənclərin sayı artıb.
Bu barədə “Azərbaycan müəllimi”nə Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri Turan Topalova məlumat verib. Onun sözlərinə görə, əvvəlki illərdə də proqram çərçivəsində Çin universitetlərinə qəbul həyata keçirilib. Lakin builki seçimlərdə bu istiqamətə maraq daha da yüksək olub.
Turan Topalova əlavə edib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Böyük Britaniya, ABŞ və Türkiyə gənclərin ən çox müraciət etdiyi ölkələr arasında liderliyini qoruyub.



