Turizm ixtisasları üzrə ikili peşə təhsili tətbiq ediləcək

20 Avqust, 2026 - 16:25
Turizm ixtisasları üzrə ikili peşə təhsili tətbiq ediləcək

Turizm sahəsinə aid ixtisaslar üzrə ikili peşə təhsili tətbiq ediləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Proqrama əsasən, 2026-2028-ci illərdə peşə təhsili pilləsində ikili peşə təhsilinə (dual təhsil) ehtiyac olan turizm sahəsindəki ixtisasların siyahısının müəyyən edilməsi planlaşdırılır.

Həmçinin turizm sahəsinə aid ixtisaslar üzrə ikili peşə təhsilinin “dual təhsil” tətbiq edilməsi nəzərdə tutulur.