Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 Mart, 2025 - 17:13
Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universiteti (TOBB ETÜ) Azərbaycan vətəndaşları üçün kvant kompüter mühəndisliyi sahəsi üzrə 2025-2026-cı tədris ilində doktorantura üzrə təqaüd proqramına qəbul elan edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, proqramda iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri 1 aprel 2025-ci il tarixinədək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (htpinfo@eatda.edu.az) təqdim etməlidirlər.

Təqaüd proqramı ilə bağlı əlavə məlumat üçün elan mətninə nəzər yetirə bilərsiniz. 

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı
Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı