Türkiyədə məktəbli avtobusu qəzaya uğrayıb

5 Dekabr, 2025 - 12:05
Türkiyədə məktəbli avtobusu qəzaya uğrayıb

Türkiyəni məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb.

"Azərbaycan müəllimi" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Afyonqarahisar vilayətinin Bolvadin rayonunda baş verib.

Məktəbliləri daşıyan avtobusun pikapla toqquşması nəticəsində 14 nəfər xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadası cəlb edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.