Türkiyədə təqaüdlə oxumaq istəyənlərin NƏZƏRİNƏ! Qeydiyyat başladı

12 Yanvar, 2026 - 09:32
Türkiyədə təqaüdlə oxumaq istəyənlərin NƏZƏRİNƏ!

“Türkiye Bursları 2026” təqaüd proqramı üzrə müraciətlərin qəbuluna start verilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, proqram dünya standartlarına uyğun ali təhsil imkanı, beynəlxalq mühitdə geniş əlaqələr şəbəkəsi və gələcək karyera üçün yeni perspektivlər təqdim edir.

Müraciət etmək istəyənlər rəsmi internet səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər: www.turkiyeburslari.gov.tr

Türkiyədə təqaüdlə oxumaq istəyənlərin NƏZƏRİNƏ!
Türkiyədə təqaüdlə oxumaq istəyənlərin NƏZƏRİNƏ!