Üç məktəbdə I sinfə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilib
3 məktəbdə I sinfə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilib.
Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aşağıdakı təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub:
“Ankara məktəbi” məktəb-liseyi
160 nömrəli Klassik gimnaziya
İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi
Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.
Digər 6 məktəb (İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyinin) üzrə isə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq.



