Ucar rayon təhsil sektoruna yeni müdir təyin olunub

13 May, 2026 - 19:31
Ucar rayon təhsil sektoruna yeni müdir təyin olunub

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayon təhsil sektoruna yeni müdir təyin olunub

“Azərbaycan müəllimi” xəbər verir ki, Məhəmmədov İsmayıl Həsən oğlu əmək fəaliyyətinə coğrafiya müəllimi kimi başlayıb. İsmayıl Məhəmmədov müxtəlif illərdə təhsil müəssisələrində müəllim, Kəlbəcər Rayon Təhsil Şöbəsində və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu üzrə təhsil sektorunda məsləhətçi vəzifələrində çalışıb. Fəaliyyəti dövründə Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri və məktəb direktoru səlahiyyətlərini müvəqqəti icra edib.

2023-cü ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunda məsləhətçi vəzifəsində çalışan İsmayıl Məhəmmədov 2-ci dərəcəli dövlət qulluqçusudur.