UFAZ tələbəsi bp-nin nüfuzlu təqaüd proqramına layiq görülüb

10 İyul, 2026 - 12:14
UFAZ tələbəsi bp-nin nüfuzlu təqaüd proqramına layiq görülüb

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbəsi Aydan Bağırova bp-nin Gələcəyin Qadın İstedadları 2026 təqaüd proqramının qalibləri sırasında yer alıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, 2028-ci ildə məzun olacaq tələbə qızlar üçün nəzərdə tutulan bu proqram enerji sektorunda karyera qurmaq istəyən gənc xanımların akademik və peşəkar inkişafını dəstəkləməyi hədəfləyir. Təşəbbüs iştirakçılara maliyyə dəstəyi ilə yanaşı, sənaye üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, peşəkar şəbəkələrini genişləndirmək və enerji sektorundakı karyera imkanlarını yaxından tanımaq imkanı yaradır.

Proqram çərçivəsində iştirakçılar bp-nin fəaliyyət istiqamətləri və strateji hədəfləri ilə tanış olacaq, müxtəlif inkişaf və təlim imkanlarından yararlanacaq, yaşıdları ilə birgə layihələr üzərində çalışaraq yeni bilik və bacarıqlar əldə edəcəklər.