UNEC-də bəzi kafedralar ləğv edilir

5 Fevral, 2026 - 11:41
UNEC-də bəzi kafedralar ləğv edilir

UNEC-də sovet kafedra sistemi ləğv edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov məlumat verib. 

Rektor bildirib ki, UNEC-də akademik və inzibati idarəetməni bir-birindən ayırmaqla yeni idarəetmə sisteminin qurulması prosesi davam edir: "Əsas hədəf akademik qərarlara inzibati dəstək vermək, inzibati qərarları isə akademik məqsədlərə uyğunlaşdırmaqdır. Bu məqsədlə UNEC-də sovet kafedra sistemi ləğv edilib və kafedraların departamentləşməsi prosesi başa çatıb. Departamentləşmiş kafedraların müdirlərinin, ixtisas rəhbərlərinin potensialının artırılması, eləcə də kafedra şuraları və ixtisas şuralarının işinin təkmilləşdirilməsi məqsədilə təlimlərə start vermişik", – deyə o qeyd edib.