UNEC-də süni intellekt fənninin tədrisinə xarici mütəxəssislər cəlb olunur

21 Oktyabr, 2024 - 12:11

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) süni intellektlə bağlı bakalavriat və magistratura səviyyələrində 21 fənn tədris olunur.

UNEC-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, süni intellekt fənninin tədrisi üçün xaricdən müəllimlər dəvət olunub. Əsasən Yaponiya və Hindistanın qabaqcıl universitetlərindən təcrübəli mütəxəssislər, müəllimlər gəliblər.

Süni intellekt fənni ilə bağlı UNEC-də 9-dan çox təkmilləşdirilmiş laboratoriya fəaliyyət göstərir.