UNEC tələbəsi ABŞ-nin TOP 6-cı universitetinə qəbul alıb

2 Mart, 2025 - 16:01
UNEC tələbəsi ABŞ-nin TOP 6-cı universitetinə qəbul alıb
UNEC tələbəsi ABŞ-nin TOP 6-cı universitetinə qəbul alıb

UNEC SABAH Mərkəzinin 4-cü kurs tələbəsi Gülarə Hüseynli ABŞ-nin TOP 6-cı universiteti olan Johns Hopkins Universitetində (JHU) MS-in Finance proqramına qəbul alıb.

Bu barədə “Azərbaycan müəllimi”nə UNEC-dən məlumat verilib.

Bildirilib ki, Gülarə akademik nailiyyətlərinə görə Dean's schoolarship də qazanıb.

O, eyni zamanda SOCAR tərəfindən təşkil olunan “Gənc İstedadlar” proqramının qalibidir.