Universitet seçiminiz üçün faydalı platforma: ixtisasınızın məşğulluq reytinqini öyrənin!
Karyeranız üçün doğru universitet seçimi, gələcəkdə iş həyatınızda uğur qazanmaq üçün mühüm rol oynayır.
Lakin bu seçimə yalnız akademik göstəricilər deyil, həm də universitetin məzunlarının əmək bazarında necə bir yer tutduğu da təsir edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin “Məzunların Məşğulluq Reytinqi” platforması, məzunların karyera inkişaflarını izləyərək, ixtisas seçimi etməzdən öncə istifadəçilərə gələcək iş imkanlarını öyrənmək imkanı yaradır.
Platformada yerli universitetlərin ayrı-ayrı ixtisaslarının müxtəlif illər üzrə məşğulluq reytinqi yer alır.
“Məzunların Məşğulluq Reytinqi” platformasının üstünlüklərindən faydalanmaq üçün qeyd olunan keçidə daxil olun:
https://e-social.gov.az/graduates-emp-rating


