Universitetlərə ixtisas seçiminin tarixləri AÇIQLANDI
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, bütün ixtisas qrupları üzrə ixtisas seçimi 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
Bildirilib ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.



