Uqandada məktəb avtobusu aşıb: 20 şagird və direktor həlak olub

17 İyul, 2026 - 11:13
Uqandada məktəb avtobusu aşıb: 20 şagird və direktor həlak olub

Uqandada məktəb ekskursiyasından qayıdan avtobusun qəzaya uğraması nəticəsində azı 20 şagird, məktəbin təsisçisi, eyni zamanda direktoru həlak olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, hadisə Kapçorva bölgəsində baş verib. İlkin araşdırmalara görə, avtobusda texniki nasazlıq yaranıb, sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı qayaya çırpıldıqdan sonra aşıb.

Polisin məlumatına görə, avtobus Ndejje şəhərində yerləşən "King David Junior School" məktəbinin şagirdlərini daşıyırdı. Qəza yerli vaxtla saat 20:00 radələrində Çekvatit kəndi yaxınlığında baş verib.

Yerli idarəetmə naziri Balaam Ateenyi Barugahara bildirib ki, məktəbin müəllimləri də daxil olmaqla, onlarla şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Yerli KİV-in məlumatına görə, şagirdlər məşhur Sipi şəlalələrinə təşkil olunmuş tədris ekskursiyasından qayıdırdılar.