Uşaqlara verdiyimiz suallarla PISA sualları arasında çox böyük fərq var – Nazir
"Bizim uşaqlara verdiyimiz suallarla PISA-da verilən suallar arasında çox böyük fərq var. Bizim tədris etdiyimiz biologiya fənni ilə dünyada tədris olunan biologiya fənninin sualları fərqlidir".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bunu dəyişmək lazımdır və etməyə də hazırıq. Gəlin “Dərsliyi kim yazacaq?” sualını qoyaq bir kənara və yaxşı bir məzmun ortaya çıxaraq.
“Bizdə bunu edə biləcək şəxslər var. Sadəcə məsələni konstruktiv formada həll etmək lazımdır. Mən “Biologiya” dərsliyi yazacaq şəxs deyiləm, sadəcə o dərsliyin yaxşı hazırlanması üçün resurs təmin edə biləcək mərkəzi icra hakimiyyəti orqanının rəhbəriyəm”.

