Uşaqlarda rəqəmsal gigiyena da formalaşdırılmalıdır – Sektor müdiri

1 May, 2026 - 15:39
Uşaqlarda rəqəmsal gigiyena da formalaşdırılmalıdır

“Rəqəmsal gigiyena artıq gündəlik həyat təhlükəsizliyinin ayrılmaz hissəsidir. Necə ki uşaqlara erkən yaşdan fiziki gigiyena öyrədilir, rəqəmsal gigiyena da sistemli şəkildə formalaşdırılmalıdır".

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forum zamanı panel sessiyada söyləyib. 

Sektor müdiri bildirib kİ, rəqəmsal gigiyena qadağa üzərində deyil, rəqəmsal immunitet və şüurlu davranış modeli üzərində qurulmalıdır: "Rəqəmsal savadlılıq, təhlükəsiz və inkişaf etdirici mühit rəqəmsal gigiyena vərdişlərinin formalaşdırılması üçün münbit zəmini təşkil edir. Hamılıqla qarşımızda duran əsas addım isə o mühitin təşkili, son bir ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş strateji sənədlərin icrasını tam şəkildə təmin etməkdir".