“Valideyn məktəbi” məktəblilərin təlim nəticələrinə dəstək layihəsi icrasına başlayıb

27 Noyabr, 2024 - 10:53

Masallı rayonunda “Valideyn məktəbi” məktəblilərin təlim nəticələrinə dəstək layihəsi icrasına başlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin açılış tədbirində Masallı rayonu üzrə Təhsil Sektorunun müdiri Elman Rzayev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova, Masallı Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, məktəb direktorları, təlimçilər, QHT sədrləri, məktəbin müəllim kollektivi və valideynlər iştirak ediblər.

Layihə çərçivəsində Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində “Valideyn məktəbi” təşkil ediləcək. Məktəbin ibtidai sinif valideynlərindən seçilən 20 valideynin təlim prosesi təşkil olunacaq.

Xatırladırıq ki, “Valideyn məktəbi” məktəblilərin təlim nəticələrinə dəstək - adlı layihə, Leyla Şıxəlizadə tərəfindən Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində həyata keçirilir. Layihənin məqsədi, valideynlərin pedaqoji və psixoloji təlimlərə cəlb edilməsi yolu ilə şagirdlərin təlim nəticələrinin artırılmasına dəstək olmaqdır.