Qarabağ Universiteti Beynəlxalq BMT Modeli Konfransının iştirakçılarının seçim mərhələsi yekunlaşıb

5 May, 2026 - 11:25
Qarabağ Universiteti Beynəlxalq BMT Modeli Konfransının iştirakçılarının seçim mərhələsi yekunlaşıb

Xankəndi şəhərində keçiriləcək 1-ci Qarabağ Universiteti Beynəlxalq BMT Modeli Konfransı - GUMUN 2026-nın iştirakçılarının seçim mərhələsi yekunlaşıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Gənclərin Beynəlxalq Dialoq Platformasının (IYDP) təşkilatçılığı və Qarabağ Universitetinin ev sahibliyi ilə həyata keçirilir.

GUMUN 2026-da iştirak üçün elan edilmiş müraciət çağırışına böyük maraq göstərilib. Seçim mərhələsi çərçivəsində 25-dən çox ölkədən 900-dən artıq müraciət qəbul olunub. Müraciətlərin ilkin qiymətləndirilməsi və müsahibə mərhələsinin nəticələrinə əsasən 100 nəfər iştirakçı konfransda iştirak hüququ qazanıb. Onlardan 20 nəfəri əcnəbi vətəndaşlardır.

Qarabağ Universitetində keçiriləcək konfrans gəncləri beynəlxalq diplomatiya mühitində bir araya gətirərək regional və qlobal məsələlərin müzakirəsi, fikir mübadiləsi və əməkdaşlıq üçün mühüm platforma yaradacaqdır. İştirakçılar konfrans müddətində BMT-nin müxtəlif qurumlarının simulyasiyalarında təmsil olunacaqlar.

Konfrans çərçivəsində BMT-nin Təhüləsizlik Şurası, UNESCO, İqtisadi və Sosial Şura və Beynəlxalq Ədalət Məhkəməsi orqanları üzrə simulyasiyalar keçirilməsi nəzərdə tutulub.

GUMUN 2026 iştirakçılara diplomatiya, danışıqlar aparmaq, ictimai çıxış, tənqidi düşünmə və liderlik bacarıqlarını inkişaf etdirmək, eləcə də beynəlxalq mühitdə yeni əlaqələr qurmaq imkanı təqdim edəcəkdir.

1-ci Qarabağ Universiteti Beynəlxalq BMT Modeli Konfransı GUMUN 2026 23-25 may tarixlərində Qarabağ Universitetində, Xankəndi şəhərində baş tutacaqdır.