Valideynlərin direktorla görüşü daha da asanlaşdı

27 Fevral, 2026 - 11:12
Valideynlərin direktorla görüşü daha da asanlaşdı

“Rəqəmsal məktəb” platformasının (https://www.digital.edu.az/) “Direktor qəbulu” bölməsi valideynlərin məktəb rəhbəri ilə öncədən görüş təyin etməsinə imkan yaradır.

"Azərbaycan müəllimi" xəbər verir ki, valideynlər şəxsi kabinetə daxil olaraq uyğun gün və saatda görüş üçün müraciət göndərə bilirlər.

Qeyd edək ki, “Direktor qəbulu” bölməsi valideynlərlə məktəb rəhbərliyi arasında ünsiyyəti asanlaşdırmaq, müraciətlərin sistemli şəkildə idarə olunmasını təmin etmək və görüşlərin daha şəffaf, planlı formada həyata keçirilməsinə şərait yaratmaq məqsədini daşıyır